Gənc vaxtından namusunu qoru.

Lit. Keep your honour from your youth. Береги честь смолоду, а платье снову.
gəmiləri batmış kimi ...
gənclər (cavanlar)
OBASTAN VİKİ
Ralfı Qoru
Ralfı Qoru rejissoru və ssenaristi Spenser Susser olan stop motion növündə qısa animasiyalı filmdir.
Qoru (Çinarcıq)
Qoru — Türkiyənin Yalova vilayətinin Çinarcıq rayonunda kənd. == Coğrafiya == Qəsəbə Yalova vilayət mərkəzindən 13 km məsafədə yerləşir. == İqtisadiyyat == İstixana becərilməsi şəhər əhalisi üçün ən vacib gəlir mənbəyi olsa da, zeytunçuluq və bamya və noxud kimi tarla bitkilərinin becərilməsi də geniş yayılmışdır.
Allah, Çarı qoru
Боже, царя храни! Сильный, державный, Царствуй на славу нам, Царствуй на страх врагам, Царь православный. Боже, царя храни! Боже, Царя храни! Славному долги дни Дай на земли! Гордых смирителю: Слабых хранителю, Всех утешителю — Все ниспошли! Перводержавную Русь Православную Боже, храни! Царство ей стройное, В силе спокойное, - Все ж недостойное, Прочь отжени! О, провидение, Благословение Нам ниспошли! К благу стремление, В счастье смирение, В скорби терпение Дай на земли!
Odu Qoru (1982)
Film SSRİ-nin yaradılmasının 60 illiyinə ithaf edilmişdir. Filmdə öz sənətinə ürəkdən bağlı olan Sumqayıt Boru-Prokatı Zavodunun qabaqcıl poladəridəni Fərman Cəfərovun 25 illik fədakar əməyindən söhbət açılır. Zavod öz məhsullarını Sovet İttifaqında 900 ünvana və 23 xarici ölkəyə göndərir. Filmdə zavod kollektivinin əmək coşğunluğundan, onun qabaqcıl zəhmət adamlarından da danışılır. Rejissor: Miri Rzayev Ssenari müəllifi: Leonid Tahirov Operator: Sərdar Vəliyev, Tofiq Sultanov Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Gənc Aqrippina
Kiçik Aqrippina (lat. Agrippina minor; 6 noyabr 15, Köln – 17 mart 59, Mizeno[d], Kampaniya) — Neron Yuli Sezar Germanikin Böyük Aqrippinadan olan qızı, Yulilər-Klavdilər sülalə məsubu, Nero Klavdi Saezar Avqust Germanikin anası, Qay Yuli Sezar Kaliqulanın bacısı, Tiberi Klavdi Neron Germanikin sonuncu arvadı.
Gənc Atsızlar
Gənc Atsızlar (türk. Genç Atsızlar) — 3 may 2005-ci ildə Türkiyənin Bursa şəhərində təsis edilən və Nihal Atsızın ideologiyasına əsaslanan ifrat sağçı təşkilat. Təşkilatın üç nəşri var. Onlar "Genç Atsızlar", "Kömen" və "Ötüken" jurnallarıdır. 2010-cu ilin yanvar ayında elektron jurnal olaraq nəşr olunan "Genç Atsızlar"ın jurnalı onuncu sayından sonra nəşrini dayandırmışdır. Nihal Atsızın eyniadlı şeirindən ilhamlanaraq 25 iyun 2011-ci ildə "Kömen" adlı başqa bir jurnal buraxılmağa başlanmışdır. On doqquz nömrəsinin sonunda "Kömen" jurnalı da nəşrini dayandıraraq "Ötüken" jurnalı ilə əvəz edilmişdir. "Ötüken" jurnalının ilk sayı 1 oktyabr 2013-cü ildə işıq üzü görmüşdür. Təşkilat "Genç Atsızlar"ın Nihal Atsızın eyniadlı jurnalının davamı olduğunu və 143 sayı dərc edildiyini iddia edirlər. Nihal Atsızın oğlu Yağmur Atsız jurnalın qeyri-qanuni nəşr edildiyini, jurnalın ad hüququna qardaşı Buğra Atsızla birlikdə sahib olduqlarını bildirmişdir.
Gənc Kato
Markus Porcius Cato Uticensis (e.ə. 95 - e.ə. 46), romalı siyasətçi. Kato (Cato) eradan əvvəl 95-ci ildə Markus Porkius Kato və həyat yoldaşı Livia Drusanın oğlu olaraq Romada dünyaya gəlmişdir. Valideynlərini erkən yaşlarında itirən Kato dayısı Markus Livius Drususun evinə köçmüşdür. Drusus, Kato hələ 4 yaşında ikən öldürülmüşdür. Sezarla uzun sürən rəqabətdən sonra məğlub olaraq, özünü öldürmüşdür. Ulu babası siyasətçi və dövlət nümayəndəsi Qoca Kato ilə ad eyniliyinə görə Gənc Kato (Cato Minor) olaraq bilinir. Roma Respublikasının son dövrlərində yaşamış olan Romalı siyasətçi və dövlət xadimi Kato, eyni zamanda əfsanəvi inadçılığı və bildiyindən dönməyən şəxsiyyəti ilə xatırlanır. Dövründə olduqca yayılmış olan rüşvətlə mübarizəsi, əxlaqi dürüstlüyü və xüsusilə də Qay Yuli Sezar ilə olan uzun mübarizəsi ilə tanınır.
Gənc Osman
II Osman və ya Gənc Osman (osman. عثمان ثالث Osman-i sani, divan ədəbiyyatındakı ləqəbi ilə Farisî; 3 noyabr 1604, Konstantinopol – 20 may 1622, Konstantinopol) — 16-cı Osmanlı sultanı və 95-ci İslam xəlifəsi. 3 noyabr 1604-cü ildə çərşənbə günü İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası Mahfiruzə Sultandır. Sultan Əhmədin dünyaya gələn ilk oğlu olması səbəbilə, şahzadəyə sülalənin banisi Osman Qazinin adı verilmiş, bu münasibətlə paytaxtda yeddi gün yeddi gecə şənliklər keçirilmişdir. Sonrakı illərdə yaşayan tarixçilər tərəfindən Gənc Osman olaraq anılmışdır. Şahzadəlik illəri haqqında yetərli məlumat yoxdur. Sultan Əhməd dövrünün tarixçilərindən Safi Mustafa Əfəndiyə görə, 8 mart 1605-ci ildə dünyaya gələn qardaşı Şahzadə Mehmedlə birlikdə böyümüş, lələ Ömər Əfəndi hər ikisinə sarayda dərs vermişdir. Bəzi mənbələrdə mükəmməl təhsil aldığı, ərəb və fars dilləriylə yanaşı, latın, yunan və italyan dillərini də bildiyi qeyd edilir. Anası Mahfiruzə Sultanın saraydan çıxarılıb Köhnə saraya göndərilməsi ilə, ögey anası Kösəm Sultanın himayəsində böyümüşdür.
Gənc Partiya
Genç Parti (Gənc Partiya), GP Türkiyə Respublikasındakı siyasi partiyalardan biri. Hazırda Cem Uzan partiyanın başındadır. Partiya Cem Uzan tərəfindən 23 avqust 2002 tarixində qurulub. Partiyanın ideologiyası liberal, demokratik, layiq və milliyətçilikdir.
Gənc buxaralılar
Gənc buxarılılar (özb. Yosh buxoroliklar və ya Mladobraxianlar) — 1909-cu ildə ildə Buxarada qurulan gizli cəmiyyət və islahatçı, islamı qərb elmi əsasında modernləşdirməyi məqsəd kimi qəbul edən cədidizm hərəkatının bir hissəsi. Öz adlarını Gənc türklərdən təsirlənərək qəbul edən Gənc buxaralılar ideologiyalarını güclü inqilab hissləri ilə qarışdırmışdılar. 1918-ci ilin mart ayında onlar Daşkənd Sovetliyinin yardımı ilə Buxarada hakimiyyəti ələ almağa çalışdılar, lakin sonda Əmir Məhəmməd Alim xan tərəfindən məğlub edilərək Daşkəndə qaçmağa məcbur oldular. onlar Buxaraya birdə 1920-ci ilin may ayında geri dönə bildilər: Qızıl Ordu Buxaranı ələ keçirdi və Gənc Buxaralılar şəhərə geri döndülər. Onlar burada Buxara Xalq Sovet Respublikasının ilk hökumətini təşkil etdilər. Gənc buxaralıların əksəriyyəti 1923-cü ildə Özbəkistan Kommunist Partiyasına qoşuldular. Onlar ölkədəki hakim mövqelərini Böyük təmizləmə zamanı repressiyaya məruz qalana qədər saxlaya bilmişdilər. Gənc xivəlilər və Gənc buxaralılar Şərqi Türküstan İslam Cümhuriyyətini yaradanların ilham mənbəyi olmuşdurlar.
Gənc pirat
Gənc Pirat (isv. Ung Pirat) - İsveçdə fəaliyyət göstərən Pirat partiyasının gənclər qanadıdır. 22 mindən çox üzvə malik qurum İsçevin ən böyük gənclər təşkilatıdır.
Gənc qələmlər
Gənc qələmlər — 1925-1926-ci illərdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ədəbi dərnək Dərnəyin təşkilində Vahab Həsənzadə, Əvəz Sadıq, Abbas Gülməmmədov, Əyyub Abbasov, Məşdi Babayev yaxından iştirak etmişdir. Naxçıvan ədəbi gəncliyin inkişafında "Şərq qapısı" qəzeti də mühüm rol oynamışdır. Lətif Hüseynzadə, Məmməd Əkbər, Seyid Səbri, Nemət Hüseynov, Əli Zəbun, Məmmədəli Tarverdiyev, Məmmədhüseyn Təhmasib və başqa gənc şairlərin şeirləri müntəzəm olaraq qəzetdə dərc olunurdu. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 165. ISBN 5-8066-1468-9.
Gənc türklər
Gənc türklər (türk. Jön Türkler) — Osmanlı imperiyasının son dövründə ortaya çıxan məşrutiyyətçi və Sultan II Əbdülhəmid hakimiyyətinə müxalif olan gənc və ziyalı nəsilə verilən addır. İlk dəfə, 1828-ci ildə Carlz MakFarleym tərəfindən dövrün Gənc Osmanlı nəslini nəzərdə tutaraq işlədilmişdir. Daha sonra 1855-ci ildə, Ubiceni II Mahmud dövrü islahat hərəkatına qatılan dövlət məmurlarını, həm də I Əbdülməcid dövrünün qərbliləşmə tərəfdarı Tənzimatçılarını ifadə etmək üçün “jevene turqvie de Mahmut” və “jevene Turqvie d’Abdul Medjid” ifadələrindən istifadə etmişdir. Bu terminləri qavram olaraq ilk istifadə edən Hippolyte Kastille olmuşdur. Gənc türklər qavramı yeni bir qavram deyildir. Bu qavramlardan daha çox Avropada yaranan, hökumətə müxalif şəxslərin yaratdıqları partiyaların bir bənzəri kimi görünmək olduğu üçün istifadə olunmuşdur. Almaniyada Gənc almanlar cərəyanı (bundan əlavə bu cərəyan həm də ədəbi cərəyandır), İtaliyada Gənc italyanlar cərəyanı, Polşada Gənc polyaklar cərəyanı da bunun analoqlarıdır. Bu cərəyanlar siyasi müxalifət cərəyanları olduğu qədər, həm də ədəbi cərəyanlardırlar. Daha sonra Jön türklər cərəyanın da adı keçənlərdən bəhs edərkən ətraflı formada ədəbiyyat mənsubları barədə danışılacaqdır.
Gənc İtaliya
Gənc İtaliya (it. Giovine Italia) — 1831–1834-cü və 1840–1848-ci illərdə fəaliyyət göstərmiş italyan inqilabi təşkilatı. Fransada 1830-cu il inqilabı İtaliya vilayətlərinə böyük təsir göstərdi. 1831-ci ilin fevralında Parma, Modena və Romada silahlı üsyanlar baş verdi. Bolonyada yaradılmış müvəqqəti hökumət papanın dünyəvi hakimiyyətinin ləğvini və Müəssislər Məclisinin çağırılmasını elan etdi, lakin hakimiyyəti ələ keçirən burjuaziya xarici müdaxilənin qarşısını almaq üçün Parma və Modena üsyançıları ilə əməkdaşlığı dayandırdı. 1831-ci ilin martında Avstriya ordusu Roma vilayətində üsyanı yatırdı. 1831-ci il üsyanlarının məğlubiyyəti nəticəsində ölkədə karbonarilərin və digər qrupların nüfuzu əsaslı şəkildə zəiflədi. İtaliyada azadlıq hərəkatının proqram və metodlarının dəyişilməsi zəruri idi. Bu vəzifənin icrasını Cüzeppe Madzininin başçılığı altında XIX əsrin 30-cu illərinin əvvəlində yaradılmış demokratik cərəyan öz üzərinə götürdü. Karbonarilərlə əlaqələri kəsən C. Madzini 1831-ci ildə Marseldə gizli şəkildə fəaliyyət göstərən "Gənc İtaliya" təşkilatını yaratdı.
Qala Gənc
Qala Gənc — İranın Kirman ostanının şəhərlərindən və Qala Gənc şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,560 nəfər və 2,443 ailədən ibarət idi.
Gənc Almaniya
Gənc Almaniya (alm. Junges Deutschland‎) — Almaniyada mütləqiyyətçi hökumətləri devirməyi qarşıya məqsəd qoymuş gizli inqilabi sui-qəsdçi, respublikaçıdemokratik cəmiyyət. 1834-cü ildə İsveçrədə alman mühacirləri tərəfindən yaradılmışdır. İlk vaxtlar "Yeni Almaniya" adlanır və əsasən xırda burjua ziyalılarını birləşdirirdi. Tədricən təşkilatda sənətkarların və fəhlələrin təsiri gücləndi, Almaniyada gizli inqilabi təbliğat aparmaq vəzifəsi ön plana çəkildi. Təşkilat 1836-cı ildə dağılmış, 1845-ci ildə bərpa olunaraq 1848-49-cu illər inqilabı zamanı Cənub-Qərbi Almaniyadakı üsyanlarda iştirak etmişdi. 1850-ci ildə tamamilə dağılmışdır.
Gənc Çexlər
Gənc Çexlər — Çexiyada siyasi partiya. 1874-cü ildə Karel Sladkovski, Yuli Qreqr, Eduard Qreqrın və bir neçə silahdaşının başçılığı ilə Çexiya Milli Partiyasının müxalif qanadının üzvləri tərəfindən yaradılmışdır. Proqramlarında liberal prinsiplərinə sədaqət, parlament quruluşunun islahatı və yerli idarəetmənin genişləndirilməsi əks olunmuşdu. Partiyanın mərkəzi mətbuat orqanı "Narodny listy" qəzeti idi. 1890-cı il Zemstvo seyminə və 1891-ci il reyxsrata seçkilərində inamlı qələbəsi nəticəsində Çexiyada ən nüfuzlu partiyaya çevrilmişdi. 1890-cı illərin ikinci yarısında dil məsələsinin həlli üçün bir sıra uğursuz cəhd göstərdilər. XIX əsrin sonundan yeni partiyaların yaradılması və seçki sistemində islahatın keçirilməsi nəticəsində Çexiyanın aparıcı siyasi qüvvə mövqeyini itirmişdilər. 1907-ci ildə sənaye burjuaziyasının və maliyyə dairələrinin mənafeyi uğrunda çıxış edən ən iri şəhər partiyası kimi qüvvətlənmişdilər. Partiyanın rəhbəri Karel Kramar idi. 1918-ci ildə Çexiya Xalq Partiyası və digər siyasi qruplaşmalarla birgə Karel Kramarın rəhbərliyi ilə "Çexiya dövlət-hüquqi demokratiya" partiyasını yaratmışdılar.
Odu qoru (film, 1982)
Film SSRİ-nin yaradılmasının 60 illiyinə ithaf edilmişdir. Filmdə öz sənətinə ürəkdən bağlı olan Sumqayıt Boru-Prokatı Zavodunun qabaqcıl poladəridəni Fərman Cəfərovun 25 illik fədakar əməyindən söhbət açılır. Zavod öz məhsullarını Sovet İttifaqında 900 ünvana və 23 xarici ölkəyə göndərir. Filmdə zavod kollektivinin əmək coşğunluğundan, onun qabaqcıl zəhmət adamlarından da danışılır. Rejissor: Miri Rzayev Ssenari müəllifi: Leonid Tahirov Operator: Sərdar Vəliyev, Tofiq Sultanov Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Özünü qoru (film, 1954)
Elmi-kütləvi filmdir. Burada insanın hər cür xəstəlikdən özünü qoruması yolları haqqında danışılır.
Gənc Astronomlar (1977)
Televiziya filmi Yuri Qaqarin adına Pionerlər sarayının gənc texniklərindən, A.Sorinin rəhbərliyi altında məktəblilərin astronomiya sahəsində qazandıqları uğurlardan, fəzanı və Günəşi tədqiq etmək üçün teleskop hazırlamalarından bəhs edir.
Gənc Mehmed Paşa
Gənc Mehmed Paşa (ö. 6 iyun 1768) — Osmanlı sultanı III Əhməd dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Atası Sultan Əhməd dönəmi sədrəzəmlərindən Nevşəhərli İbrahim Paşa idi. Atası Sultan Əhmədin qızlarından Fatma Sultanla evli olsa da, Mehmed Paşa onun öncəki evliliyindən dünyaya gəlmişdir. 18 sentyabr 1720-ci ildə keçirilən möhtəşəm sünnət mərasimiylə Sultan Əhmədin oğulları Süleyman, Mehmed, Mustafa və Bəyazidlə birlikdə sünnət edildi. 21 fevral 1724-cü ildə keçirilən mərasimdə Sultan Əhmədin qızlarından Atikə Sultanla, əmisi oğlu Əli Paşa isə Ümmügülsüm Sultanla nigahlandı. Beləcə, həm özü və əmisi oğlu vəzirlik rütbəsinə yüksəldi, həm də atası Osmanlı sülaləsiylə olan qohumluq əlaqələrini gücləndirdi. Nigahın ardından heç bir dövlət vəzifəsinə gətirilməsə də, Amasiya əyalətinin gəlirləri ona bağlandı. 1730-cu ildə baş tutan Patrona Xəlil üsyanı əsnasında qaçaraq gizləndi və üsyanın yatırılmasının ardından 1732-ci ilin aprelində Saloniki, ardından Bursa əyalətinə təyin olunaraq paytaxtdan uzaqlaşdırıldı. Ancaq bu illərdə ağır xəstəliyə tutulmuş, bu səbəblə vəzifədən istehfa edərək İstanbula dönmüşdür.
Gənc Osman Dastanı
Gənc Osman Dastanı — XVII əsrdə Qayıqçı Qul Mustafa tərəfindən yazılan və Türk xalq ədəbiyyatının ən vacib epik əsərlərindən biridir. Əsərdə Osman adındakı gənc bir yeniçərinin igidlikləri və ölümündən bəhs edilir. Osmanlı ənənələrinə görə müharibədən sonra yeniçəri olan ozanlar tərəfindən qələbə haqqında şeirlər deyildiyi bilinməkdədir. Gənc Osman Dastanı da bu şəkildə yaranmış Türk xalq ədəbiyyatı məhsuludur. Bu epik şeir Bağdad səfərindən sonra yazılmışdır; yenə eyni səfərdən sonra Dəmirçioğlu kimi zamanının vacib xalq ozanlarıda müxtəlif şeirlər yazmışdır. Hətta Türk xalq ədəbiyyatının ən vacib ozanlarından biri kimi göstərilən Qaracaoğlanda bir Gənc Osman Dastanı yazmış, ancaq bu dastanların heç biri Qayıqçı Qul Mustafanın yazmış olduğu Gənc Osman Dastanı qədər tanınmamışdır. Qaracaoğlanın şeiri ancaq 1970. ildə ortaya çıxmışdır. Gənc Osman Dastanı yazıldığı zamandan etibarən xəlq tərəfindən böyük rəğbət görmüş və xalq rəvayətinə çevrilmişdir. Bu dastanın mahnı halına gətirildiyi də bilinməkdədir.
Gənc Pirat Partiyası
Gənc Pirat (isv. Ung Pirat) - İsveçdə fəaliyyət göstərən Pirat partiyasının gənclər qanadıdır. 22 mindən çox üzvə malik qurum İsçevin ən böyük gənclər təşkilatıdır.
Gənc Qaşqar Partiyası
Gənc Qaşqar Partiyası — uyğurların türk millətçiliyini müdafiə edən partiyası. Gənc Qaşqar Partiyası 1933-1934-cü illərdə mövcud olmuş və türk millətçiliyini müdafiə etmişdir. O, Şərqi Türkistan İslam Respublikasının yaradılmasında mühüm rol oynamışdır. Partiya mahiyyət etibarilə anti-Çin, anti-Çin müsəlmanları olmuşdur. Uyğur hərbi komandanı olan Timur Bəy və Xotan əmirləri Məhəmməd Əmin Buğra, Abdulla Buğra və Nur Əhməd Can Buğra Gənc Qaşqar Partiyası ilə ittifaq qurmuşdular. Partiya 40 nəfərdən ibarət parlament quraraq, Birinci Şərqi Türkistan Respublikasının prezidenti Niyazi Xocaya iki nəfərlik nümayəndə heyəti göndərmişdi. Partiya bir digər türk millətçisi təşkilat olan Milli İnqilab Komitəsi ilə yaxın əlaqələrə sahib idi.
Gənc Tamaşaçılar Teatrı
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı — XX əsrin 20-ci illərində yaranmış Azərbaycan teatrı. GTT özfəaliyyət uşaq dram dərnəklərinin əsasında yaranmışdır. Xəzər dənizçiliyi klubunun nəzdindəki 40 saylı pioner dəstəsinin dərnəyinin fəaliyyətini genişləndimək məqsədilə şəhər komsomol komitəsi yanında uşaqlardan ibarət dram dərnəyi təşkil olundu. 14 yaşlı Ağadadaş Qurbanov dərnəyə rejissor təyin olundu. 1927-ci il mart ayının 15-də Bakıda Lətif Kərimlinin "Fırtına" tamaşası 14 yaşlı Ağadadaş Qurbanovun quruluşunda göstərildi. Bu tamaşa 1927-ci il mayın 31-də Əli Bayramov adına qadınlar klubunda keçirilən Azərbaycan LKGİ-nin VIII qurultayı nümayəndələrinə göstərildi. Nümayəndələr Bakıda Uşaq teatrı yaratmaq haqqında Azərbaycan Xalq Maarif Komissarlığı qarşısında məsələ qaldırdı. 1928-ci il oktyabrın 5-də Azərbaycan XMK-nın qərarı ilə Bakı Uşaq Teatrı rəsmi fəaliyyətə başladı. 1928-ci il noyabr ayının 6-da N. Smirnov və S. Şerbakovun "Beş nəfər" adlı tamaşası ilə rus bölməsi, 1930-cu il yanvar ayının 30-da N. İvanterin "Qırmızı qalstuk əleyhinə" tamaşası ilə Azərbaycan bölməsi fəaliyyətə başladı. Ilk milli uşaq dramaturgiyası – A. Şaiqin "Xasay", "Eloğlu", "Fitnə", Mirmehdi Seyidzadənin "Qızılquş", "Nərgiz", Əyyub Abbasovun "Azad", "Məlikməmməd" tamaşaları ilə yaranmışdır.